BALOGLAN ESHREFOV

MENE VERİLİŞ APARMAQ TEKLİF OLUNSA İMTİNA EDEREM"

Baloğlan Eşrefov: "Emeliyyatdan sonra xasiyyetinden xoşum gelmeyenleri de sevmeye başladım"

Bu defeki qonağımız emekdar artist Baloğlan Eşrefovdur. Suallarımızı semimi şekilde cavablandıran müğenni emeliyyat olunduğu zaman ve ondan sonra keçirdiyi hissleri bizimle bölüşdü.
- Baloğlan müellim, bu yaxınlarda Yaşıl Teatrda konsertiniz teşkil olundu. Teessüratlarınız necedir?
- Menim elimden yalnız oxumaq gelir ve oxudum da. İstedim ki, tamaşaçılarım feyziyab olsun, amma onun nece keçmesine ise sizler qiymet vere bilersiniz. Bir az xırda-para qüsurlar vardı. Buna baxmayaraq, yalnız onu deye bilerem ki, men çalışdım ki, 2000 adamı darıxmağa qoymayım. O qeder adam vardı ki, camaatın yarısı ayaqüste qalmışdı. Eyni zamanda eşitdim ki, konsert vaxtı yer üstünde dava-dalaş da olub. Vaxtın nece keçdiyini bilmedim, mene arxadan melumat verdiler ki, konserti yekunlaşdırmaq lazımdır. Men özümü teriflemek istemirem, amma yaxşı keçdi, razı qaldım. Hetta mene tenqidi yanaşan insanlar da o konsertden razı qaldı. En tenqidi yanaşan da birinci növbede menim aile üzvlerimdir. Amma hamı söyledi ki, indiye qeder bele bir konsert olmayıb. Konsertde men bele bir söz dedim ki, men Ginnesin "Rekordlar kitabı"na düşesiyem. Çünki menim bu emeliyyatım dünyada en nadir emeliyyatlardan sayılır. Emeliyyat olunan bir insan 4 aydan sonra zalda canlı şekilde heç neye mehel qoymadan ifa edirse, demeli, bu Allahın ona verdiyi imkandır.
- Qeyd etdiniz ki, konsertde xırda qüsuarlar vardı. Ne idi o catışmayan cehetler?
- O, mene aid deyil. Bu qüsurların çatışmazlığı teşkilatçıdan asılı idi. Meselen, menim plakatlarım konsertden önce vurulmalı idi, amma hemin anda tamaşaçıların gözü qarşısında asıldı. Bir terefden de onları qınamıram, yeqin çatdıra bilmeyibler.
- Konsert zamanı zala çıxarken bele bir ifade işletdiniz ki, men bu sehnede sonuncu defe 1990-cı ilde çıxmışam. Maraqlıdır, uzun illerden sonra hemin mekanda konsert vermek size nece tesir bağışladı?
- O sehnede olarken bir anlığa keçmişe - 15 il bundan evvele döndüm. Hemin zalda menim konsertimde dövrünün meşhur şairi Tofiq Bayram kimi insan eyleşmişdi. Hem de o dövrler bir az qatmaqarışıqlıq idi. Qarabağa aid bir mahnı vardı, hemin mahnını oxumaq isteyirdim. Sonra mene tapşırıq verdiler ki, o mahnını oxuma. Men de onların sözlerine mehel qoymadan mahnını ifa etdim. Ondan sonra da hemin teatrda konsert vermeyi mene yasaq etdiler, tesadüfen hemin ilden de Yaşıl Teatr bağlandı. Lakin o konserti efire de vermediler. Çox gözel konsert teşkil olunmuşdu.
- Emeliyyat olunan erefede heç fikrinizden keçdimi ki, yeniden sehneye çıxacaqsınız, tamaşaçılar qarşısında oxuyacaqsınız?
- Elbette bu barede düşünürdüm. Ona göre de emeliyyat olmazdan evvel hekime müraciet etdim ki, men müğenniyem, bu emeliyyatın menim ifama bir problemi olacaqmı. O da söyledi ki, senin sesine bunun heç bir problemi olmayacaq. Hetta mene zarafatyana dedi ki, men seni xestexanadan o vaxt buraxacam ki, sen buranın hekimlerine konsert veresen. Emeliyyatdan sonra da sesimi yoxlamaq üçün herden oxuyurdum ve özüm de hiss edirdim ki, ne ise alınacaq. Emeliyyatdan qayıdandan sonra da bir neçe defe toylara getmişem, hetta Lenkeranda yerlilerim qarşısında da çıxış etdim. Sonra da bu konserti teşkil etmek teklifi mene Nahid Emiloğlundan geldi. Men de gördüm oxumağa hazıram, razılıq verdim.
- Size öz ciyerini veren insanı konsertde teqdim etdiniz. Deyirler ki, biri digerine öz orqanını - üreyini, ciyerini ve s. verende onun şexsi keyfiyyetlerini ve nece insan olmasını bilmelidir. Emeliyyatdan sonra sizin ehvalınızda, xüsusiyyetlerinizde bir deyişiklik hiss olunubmu?
- Xeyr. Nece varamsa, ele de qalıram. Bu, o insanın mene uyğun insan olmasından xeber verir. Hemin anda Allah-Teala menim beynimden o qorxunu çıxardı. Hekim xesteye teselli vermekdense, özüm hekime teselli verdim ki, her şey yaxşı olacaq. Bu menim xoşbextliyimdir ki, donorum olan oğlan oruc tutan, namaz qılandır ve en nehayet 27 yaşlı sağlam, cavan oğlandır. O, çox şüurlu oğlandır, maraqlı ve ağıllı fikirleri var. Eger o özü menim donorum olmaq razılığını veribse, bunun özü savabdır. O, hamıya söyledi ki, men "qürbeten illellah" deyib, ağlım ile bu addımı atıram. Emeliyyata giren zaman öz dilinden valideynlerine mektub yazdı ki, eger menim başıma bir iş gelse, Baloğlanlıq heç ne yoxdur. Neticede o mene olan mehebbetine göre risk edib, emeliyyata girdi. Şükürler olsun ki, emeliyyat da çox uğurla başa çatdı.
- Bes indi siz pehriz saxlayırsınızmı?
- Yox, men qaraciyer problemimle bağlı heç bir pehriz saxlamıram. Her şey qebul ede bilerem. Pehrizi ise yalnız şekerime göre saxlayıram. Bir ay bundan evvel Türkiyeye müayineden keçmeye getmişdim. Müayinenin cavabları müsbet oldu. Özümü yaxşı hiss edirem, şikayetim de yoxdur.
- Sizin mahnılarınız hamı terefinden sevilir. Daha çox ise qemli mahnılar oxuyursunuz. Bu qemin ünvanı varmı?
- Birinci növbede burada ses tembri rol oynayır. Ele sesler var vokal sesdir, eleleri de var ki, yumşaq ve yanıqlıdır. Demek isteyirem ki, mahnıları bele oxumağım kimese ünavanlamağımdan ve ya başqa bir sebebden ireli gelimir. Sadece olaraq, menim sesimde yanğı var. Eyni zamanda, mahnıları ifa edende ağlamıram, bele şeyden xoşum da gelmir. Zehlem gedir özü oxuyub, özü ağayan müğennilerden. Eger senin sesinde heqiqeten de yanğı varsa, sen oxu, qoy başaqaları ağlasın. Men mahnını ifa edende birinci şeire fikir verirem. Sonra o şeiri musiqiye çevirirem.
- Özünüz musiqiler yazırsınızmı?
- Men ara-sıra musiqiler yazıram. Amma daha sox Eliağa Kürçaylının ve Nüsret Kesemenlinin şeirlerini sevirem. Eliağa Kürçaylının sözlerine menim bir neçe mahnılarım var. Ele mahnılar olub ki, 6-7 ay o menim dilimde zümzümeye çevrilib. Sonra da men onu mahnıya çevirmişem. Men her zümzümeni mahnıya çevirmirem. Yazanda ele mahnı yazmaq isteyirem ki, qalsın. Şükürler olsun ki, menim de indiye qeder yazdığım bir neçe mahnı hele de sevilir. Meselen, Elekber Tağıyev peşekar bestekar deyildi, amma ele mahnılar yazıb ki, hele de oxunur ve sevilir.
- Şou-biznes yaranandan qalmaqallar da çoxalıb. Maraqlıdır, sizin şou-biznes nümayendeleri ile qalmaqalınız olubmu?
- Menim qalmaqalla bir işim yoxdur, indiye qeder de heç kimle söz-söhbetim olmayıb.
- Tenqidi ve iradı düzgün qebul edirsiniz?
- He. Amma baxır tenqide ve özümden senetde böyük ve ya kiçik olmasına. Eger ister yaşca, isterse de, senetine göre menden kiçikdirse, düşünürem ki, buna onun haqqı çatmaz. Hemin adamın mene irad tutması üçün gerek menim bildiklerimin yarısını bilsin.
- Baloğlan müellim, başınıza gelen o hadiseden sonra dostunuzla düşmeninizi seçmekde deyişiklik yarandımı?
- Neinki dostlarımı, düşmenlerimi, qohumlarımı da tanıdım. Hetta mene "can-can", "qurban olum" deyen insanları tanıdım. Amma o anda menim canım da, mene heyat veren de Mübariz Mensimov olub. Emeliyyatdan sonra xasiyyetinden xoşum gelmeyen insanları sevmeye başladım. Hansı ki, evveller men o adamlara bir az soyuq yanaşırdım. Bu günümde men hemin insanları sınaqdan keçirdim ve sevmeye başladım. Meselen, menim bibimoğlu ile aram o qeder de yaxşı deyildi. Amma o da mene donor olmaq istedi. Amma emeliyyata giren zaman qanımız uyğun gelmedi. Xestexanada bütün işlerimin üstünde o dayandı.
- Bes sınağınızdan düzgün çıxmayan insanlarla nece davranırsınız?
- Göyde Allah var, men kimem ki, onlara hansısa pislik edem. Lakin hemin insanlar menim onlara soyuq münasibetimle öz paylarını götürübler. Bu deqiqe menim üçün dünyada en ezizi menim donorum olan Müqeddes adlı oğlandır.
- Sizin hansı menfi keyfiyyetleriniz vardı ki, Allah-Teala sizi sınağa çekdikden sonra onu deyişdiniz?
- Menim ele bir menfi terefim olmayıb. Hemişe yaxşılıq etmeye çalışmışam. Men bunu her kese tövsiye etmişem. Adi maşınla yolda gederken de dilençinin, nezir yığanın pulunu vermişem. Allah da şahiddir ki, indeye qeder onların elini qaytarmamışam. Yeni her kes bunu bacarmalıdır.
- Menim üçün maraqlıdır ki, Ramazan ayıdır, oruc tutub, namaz qılırsınızmı?
- Men bunu pehrizle bağlı tuta bilmirem. Amm kim ne günah edirse, o dünyada bunun mütleq cezasını alacaq. Eleleri var ki, oruc tutur, amma günah işler görür. Artıq burada mizan-terezi düz gelmir. Ve yaxud da eger oruc tutmursa, iftar süfresi verirse, bunun heç bir dexli yoxdur. Menim ailemde de hamı oruc tutur. Men bele şeyleri müqeddes hesab edirem ve vacib sayıram. Men oruc tutmasam da, meherremlik aylarında nezir paylayıram, ocaqlara, pirlere gedirem. İslamı qebul etmeyenler var, hemin insanları men başa düşe bilmirem, yeqin onların qarışığı var.
- Bezi müğenniler var ki, özlerinin verilişleri var, bes siz niye veriliş aparmaq barede düşünmürsünüz?
- Bu, mene serf etmir. Çünki bu yaşda düzgün gelmir. Ümumiyyetle, veriliş aparmağa geldikde ise bu, mene heç vaxt problem yarada bilmez. Yadınızdadırsa, dövlet televiziyasında "Xoş gelmişsiniz" verilişi vardı. Her hefte bir müğenninin aparıcılığına baxmayaraq veriliş nedense menim adımla bağlı idi. Guya verilişi hemişe men aparmışam. Böyük bir mekanda tamaşaçılar qarşısında çıxış edirdik. Amma indiki verilişleri istemirem, çünki menim tamaşaçılarım çox olmalıdır, mekan böyük olmalıdır.
- Türkiyede müğennilerin ekseriyyeti veriliş aparır.
- Onlarla bizim proqramlarımız arasında xeyli ferq var. Hemin müğenniler verilişlerin arasında geden reklamlardan külli miqdarda pul götürürler. Bizde ise bu, mümkün deyil. Diger terefden ise, ne qeder dost-tanış var. Birini devet edib, digerini etmeyende inciklik yaranacaq. Hem de bu tekce aparıcının selahiyyetinde deyil ki. Tutalım men deyecem ki, filan müğenni gelsin, belke rejissorun ve redaktorun hemin adamdan xoşu gelmir. Men de mecburam ki, onun diktesi ile gedim. Ona göre de bele incikliyin yaranmasını istemirem.
- Baloğlan müellim, indiki vaxtda göbelek kimi artan müğennilere münasibetiniz necedir?
- Belke bu sualı mene vermeyesiniz?
- Niye?
- Bir az problemli sualdır... Bizim dövrümüzde bir müğenninin ortaya çıxması üçün çox etaplar keçilmeli idi. En pik nöqtede ise nehayet televiziyaya çıxırdılar. Amma indi televiziyaya çıxmaq en asan variantdır. Meselen, bizde geden "Xalq ulduzu" müsabiqesine mene hevesle baxırdım. Ve bura qeder keçirilen müsabiqeler içinde yalnız onu izlemişem. Müsabiqenin finalçıları Eldenizi, Mirkamili, Şehlanı da evvelden sona qeder desteklemişem.
- Siz hemin müsabiqeye münsif kimi devet olunsanız, gedersiniz?
- Yox, çünki istemerem ki, kimse menden incisin. Biri desin meni düzgün qiymetlendirdi, biri de menden narazı qalsın, yox düzgün qiymet vermedin.
- Bele çıxır ki, qınaqdan qorxursunuz?
- He.

Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !